Cinayət törətməkdə şübhəli bilinən 28 nəfər saxlanılıb - DİN

13:24 09.11.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 17 cinayətin üstü “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 14 cinayətin açılması təmin olunub.

Daxili İşlər Nazirliyindən hafta.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 25 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 14 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 1 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 28 nəfər saxlanılıb.