Çində 4,5 bal gücündə zəlzələ baş verib

10:47 05.12.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Çinin şimal hissəsindəki Xıbey vilayətində dekabrın 5-də yerli vaxtla səhər 8:02-də (Bakı vaxtı ilə 4:02) 4,5 bal gücündə zəlzələ olub.

Pekindən 175 kilometr məsafədə yerləşən Tanşan şəhərində qeydə alınan yeraltı təkanlar paytaxtda da hiss olunub. Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib. Dağıntı və tələfat barədə hələlik məlumat yoxdur.