Çində baş verən zəlzələdə yaralananların sayı 63-ə çatıb - YENİLƏNİB

19:40 08.09.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Çinin Siçuan vilayətində səhər saatlarında baş verən zəlzələ nəticəsində xəsarət alanların sayı 63-ə çatıb.

Neycian şəhərinin Veyyuan qəzasında baş verən zəlzələ 63 qəsəbədə dağıntıya səbəb olub. Bir nəfərin öldüyü zəlzələ nəticəsində ümumilikdə, 132 ev dağılıb, 5041 ev isə zədələnib. Dağıntı ilə əlaqədar 2417 sakin təxliyə edilib.

Mülki müdafiə qüvvələri axtarış işləri ilə yanaşı, təbii fəlakətin nəticələrinin aradan qaldırılması ilə məşğuldur.

Qeyd edək ki, bu gün səhər yerli vaxtla saat 6:42-də baş verən zəlzələnin ocağı yer səthindən 10 kilometr dərinlikdə olub.

***

Çinin Sıçuan vilayətinin Veyuan qəzasında baş vermiş zəlzələ zamanı 1 nəfər ölüb, xəsarət alanların sayı 53 nəfərə çatıb.

Hafta.az TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Televiziyası məlumat yayıb.

Məlumatda bildirilir ki, 14 yaralıya zəruri tibbi yardımlar göstərilib və onlar səhiyyə müəssisələrini tərk ediblər. Onlardan birinin vəziyyəti ağırdır. Digər xəsarət alanların həyatı üçün təhlükə yoxdur.

Təbii hadisənin fəsadlarının aradan qaldırılmasına 4,8 min nəfər cəlb edilib. Xilasedicilər təhlükəli ərazilərdən 823 nəfəri təxliyə ediblər.

Zəlzələ 86 evi dağıdıb, ümumilikdə isə 194 evə, 2,1 min binaya ciddi və yüngül zərər dəyib. 

***

Çinin Siçuan vilayətində yerli vaxtla səhər 6:42-də 5,4 bal gücündə zəlzələ baş verib.

Hafta.az xarici KİV-lərə istinadən xəbər verir ki,  Neycian şəhərinin Veyyuan qəzasında baş verən zəlzələ nəticəsində 1 nəfər ölüb, ikisi ağır olmaqla 29 nəfər müxtəlif dərəcədə bədən xəsarəti alıb. Yaralılar xəstəxanalara yerləşdiriliblər. Yeraltı təkanlar ən azı 17 evin dağılmasına, 215 evin isə zədələnməsinə səbəb olub.

Zəlzələ ocağı yer səthindən 10 kilometr dərinlikdə olub.