Şənbə günü Pekində keçirilən Yizhuang yarımmarafonunda insanabənzər robotlar da iştirak edib. 12 min insanın olduğu 21 kilometrlik tras boyunca 21 robot qaçıb. Bununla da ilk dəfə olaraq robotlar insanlarla yarımmarafonda yarışıb.
Hafta.az-ın yazdığına görə, DroidVP və Noetix Robotics kimi Çin şirkətlərinin istehsal etdiyi robotlar arasında boyu 120 santimetrdən qısa olanlar və 180 santimetrə çatan robotlar olub.
Bir şirkət qadına xas xüsusiyyətlərə və göz qırparaq gülümsəyən robotunun insanlara çox bənzədiyi ilə öyünüb. Bəzi şirkətlər isə yarışdan həftələr əvvəl sınaqlar keçirdiklərini bildiriblər.
Robotlardan bəziləri trasa çıxardıqları insan təlimçilərinin fiziki dəstəyinə də ehtiyac duyublar.
Başlanğıc xəttində robot qəzaya uğrayıb. Digəri bir neçə metr qaçaraq məhəccərlərə çırpılıb və operatoru onunla birlikdə yerə sərilib.
Bəzi robotların qaçış ayaqqabısı geyindiyi, birinin boks əlcəyi, digərinin isə "qazanmağa məhkum" yazılmış baş bandı olduğu görülüb.
Pekin İnsanabənzər Robot İnnovasiya Mərkəzindən “Tiangong Ultra” 2 saat 40 dəqiqə ilə yarışı birinci yerdə başa vuran robot olub.
Xiaomi və UBTech şirkətlərinə məxsus Pekin İnsanabənzər Robot İnnovasiya Mərkəzinin baş texnologiya direktoru Tang Jian, iki dövlət müəssisəsi ilə birlikdə robotların uzun ayaqları və insanların marafonları necə qaçışını təqlid etməyə imkan verən alqoritmi qeyd edib: “Öyünmək fikrində deyiləm, amma məncə, Qərbdə heç bir robot şirkəti Tiangong-un idmanda əldə etdiyi nailiyyətlərə nail ola bilməyib”.
Tamaşaçılardan He Sişu, süni intellekt üzərində işlədiyini ifadə edərək, "Robotlar çox yaxşı işləyir, çox sabitdirlər. Özümü robotların və süni intellektin təkamülünün şahidi olduğumu hiss edirəm" deyib.
Oreqon Dövlət Universitetində robototexnikadan dərs deyən Alan Fern, robotların işə salınmasının Çin rəsmilərinin dediyi kimi, süni intellektdə irəliləyiş demək olmadığını müdafiə edib: “Çin şirkətləri həqiqətən gəzinti, qaçış, rəqs və digər çeviklik nümayişlərinə diqqət yetirirlər. Bunlar ümumiyyətlə maraqlı nümayişlərdir, lakin onların faydalı istifadəsi və ya sadə zəka haqqında çox şey göstərmir”.