Çin arxeoloqları ölkənin şimal-qərbində II İkinci Dünya Müharibəsi zamanı yapon hərbi alimlərinin “dəhşətli bioloji silah təcrübələri” üçün istifadə etdiyi yeraltı obyekti aşkarlayıb.
Hafta.az-ın Guardian-a istinadən yazdığına görə, Heilongjiang bölgəsinin Anda şəhərində yerləşən obyekt Yaponiya İmperator Ordusunun ən çox istifadə etdiyi və ən böyük obyektidir.
Obyektin 1935-1945-ci illərdə tarixin ən qəddar insan təcrübələrini həyata keçirən Yaponiya ordusunun məşhur 731-ci bölməsi tərəfindən istifadə edildiyi güman olunur. Tarixi qeydlər göstərir ki, Andadakı 731 saylı bölmə məhbusların ölümcül xəstəliklərə yoluxduğu və yeni bioloji silahların sınaqdan keçirildiyi sınaqlar reallaşdıırlıb.
Məlumdur ki, sığınacaq şəklində tikilən yeraltı qurğular yoluxucu virusların yayılmasının qarşısını almaq üçün nəzərdə tutulub.
Çinin qabaqcıl elmi arxeologiya jurnallarından “Northern Cultural Relics”də dərc edilən araşdırmada qeyd olunub ki, yeraltı qurğunun kəşfi həm də müharibə cinayətlərinə dair yeni dəlillər ortaya çıxara bilər. Hələ yeraltı sığınacaqlara girməmiş arxeoloqların 2019-cu ildə mövzu ilə bağlı araşdırmalarına başladığı və proses boyu geofiziki araşdırma, qazma və qazıntı kimi müxtəlif üsullardan istifadə etdikləri bildirilib.
Yeraltı qurğuda müxtəlif məqsəd və funksiyalar üçün istifadə olunan bir-birinə bağlı tunellərin və otaqların olduğunu müəyyən edən tədqiqatçılar obyektin funksiyasını anlamaq üçün strukturların dərinliyini də araşdırıblar.
Tikilinin yerin 1,5 metr altında olduğunu müəyyən edən tədqiqatçılar, 33 metr uzunluğunda və 20,6 metr enində U formalı bir quruluşun şərqdən qərbə uzandığını və hər tərəfində bir otaq olduğunu müəyyən ediblər.
Qrupun şimal-şərq küncündə ölçüsü 5x3,8 metr olan bir otaq, cənub-şərq küncündə isə radiusu 3 metr olan dairəvi otaq olduğu başa düşülüb. Arxeoloqlar bu qənaətə gəliblər ki, ərazinin bu hissəsində insan subyektləri müşahidə edilib və bu yoluxmuş şəxslər üzərində bəzi analizlər aparılıb.
Tarixi qeydlərə görə, 1941-ci ildə tikilmiş Anda xüsusi sınaq poliqonu Bakterioloji Müharibə İdarəsi tərəfindən idarə olunurdu və 731-ci bölmənin ən böyük sınaq meydançası idi. Ağır silahlanmış ərazi tikanlı məftillərlə əhatə olunmuşdu və obyektin yerüstü hissəsində uçuş-enmə zolaqları, anbarlar, kazarmalar, quyular kimi tikililər var idi.
Çinli arxeoloqların son araşdırmasına görə, məxfiliyi saxlamaq və hava hücumlarından qorumaq üçün yerin altında inşa edilən obyektdə laboratoriyalar, müşahidə və analiz otaqları, kameralar, həmçinin yeməkxanalar, yataqxanalar və vanna otağı olub.
Anda obyekti təcrübələrin sübutlarını gizlətmək üçün 1945-ci ilin avqustunda 731-ci bölmə tərəfindən məhv edilib. Yerüstü obyektdə trekdən kənarda olan demək olar ki, bütün strukturlar Yaponiya ordusu tərəfindən sıradan çıxarılıb.
731-ci bölmənin keçmiş komandiri Sakaki Hayao 1956-cı ildə Şenyanda yaradılmış xüsusi hərbi tribunalda ifadə verərək, Yaponiyanın təslim olmasından bir neçə ay əvvəl Andadakı "son dərəcə qəddar" təcrübələri təsvir edib. Müəssisədə bakteriyalarla dolu və ağac dirəklərinə bağlanmış bombalar vasitəsilə qarayaraya məruz qalan insanları gördüyünü ifadə edən Hayao, bunları "çox vəhşi" olaraq xarakterizə edib.
II Dünya Müharibəsinin sonunda Yaponiyanın təslim olmasından sonra ABŞ 731-ci bölmənin tədqiqatçılarına toxunulmazlıq verib və onların hətta körpələr üzərində təcrübə aparan bölmənin işindən xəbərsiz olduqlarını iddia edib.
731-ci bölmənin eksperimentləri göstərdi ki, onlar bubon taunu, qarayara, vəba və tif kimi xəstəliklərdən silah yaratmağa hazırlaşıblar.
1990-cı illərdə ABŞ administrasiyasının 731-ci bölmənin işindən xəbərdar olduğu və eksperimentlərdən əldə olunan məlumatlardan Merilend ştatındakı Fort Detrik bazasında aparılan bioloji müharibə işində toxunulmazlıq müqabilində istifadə etdiyi üzə çıxıb.
Yaponiya hökuməti 2018-ci ildə 731-ci bölmədə işləyən 3607 nəfərin adını açıqlayıb.
Yeraltı qurğu haqqında məlumatlarının hələ başlanğıc səviyyədə olduğunu bildirən tədqiqatçılar, obyektin tam üzə çıxmasından sonra 731-ci bölmənin insan təcrübələri ilə bağlı daha ətraflı məlumat ala biləcəklərini düşünürlər.