COVID-ə qarşı revaksinasiya mütamadi olacaq - Ümumdünya Tibb Assosiasiyası

10:39 28.11.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Çox güman ki, ildə bir dəfə koronavirusa qarşı gücləndirici peyvənd vurulması tələb olunacaq.

Hafta.az xəbər verir ki, bunu Ümumdünya Tibb Assosiasiyasının sədri Frank Ulrix Montqomeri deyib.

Onun sözlərinə görə, revaksinasiya immun müdafiəni artırır. Amma bu müdafiənin nə qədər davam edəcəyi hələ dəqiq bilinmir, və ola bilsin ki, bunu hər il təkrarlamaq lazım olsun.

Montqomeri bildirib ki, vətəndaşa müəyyən vaxt ərzində təkrar peyvənd olunmadığına görə qüvvədən düşən vaksin sertifikatlarının verilməsinin lehinədi. Misal üçün, Almaniyada koronavirusa ilk peyvəndlər keçən ilin dekabr ayında vurulmağa başlayıb, ancaq onlara verilən sertifikatlar indiki vaxta qədər etibarlı sayılır.
Oxunma sayı 117