Çoxmərtəbəli bina böyüklüyündə asteroid Yerə yaxınlaşacaq

10:55 30.08.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Təxminən çoxmərtəbəli bir binanın ölçüsündə potensial təhlükəli 2011 ES4 asteroidi Yerə yaxınlaşacaq.

Hafta.az-ın məlumatına görə, bu barədə NASA-nın saytında bildirilib.

Məlumata əsasən, asteroidin Yerə yaxınlaşması sentyabrın 1-də saat 20:12-də gözlənilir.

Bildirilib, səma cisminin ölçüləri 22 ilə 49 metr arasındadır. Planetə təxminən 120 min kilometr məsafədə yaxınlaşacaq - bu, Yerdən Aya olan məsafədən təxminən 3,2 dəfə azdır.

Asteroidin uçuş sürəti saniyədə təxminən yeddi-səkkiz metr olacaq.

Oxunma sayı 3335