DİM-də növbəti TOEFL iBT imtahanı təşkil edilib 

17:16 07.12.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Dekabrın 7-də Dövlət İmtahan Mərkəzində (DİM) TOEFL iBT imtahanı keçirilib. İmtahan DİM-in Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında təşkil olunub.

DİM-dən hafta.az-a bildirilib ki, imtahanda 1 əcnəbi olmaqla, ümumilikdə 8 nəfər iştirak edib. İştirakçılar imtahan nəticələrini ETS-nin saytında yaradılmış şəxsi hesab vasitəsilə 6 gün sonra onlayn şəkildə öyrənə bilərlər.

Növbəti TOEFL iBT imtahanının dekabrın 10-da keçirilməsi nəzərdə tutulur. Qeydiyyatdan keçmək qaydaları haqqında ətraflı məlumat DİM-in saytında yerləşdirilib.

Oxunma sayı 1440