DİN-dən azyaşlının narkotik qəbul etməsinə dair açıqlama 

11:14 15.10.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sosial şəbəkələrdə Bakıda azyaşlının narkotik maddə qəbul etməsinə dair iddialar yayılıb.

 

Hafta.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev bu iddiaların əsassız olduğunu bildirib.

 

E.Hacıyev qeyd edib ki, aparılan araşdırma zamanı azyaşlının narkotik vasitə istifadəsinə dair iddiaların əsassız olduğu müəyyənləşib:

 

“Həmin azyaşlı anasının yanındadır. Onlar barəsində dəfələrlə profilaktik tədbirlər görülüb. Sığınacağa yerləşdirilməsi təklif olunsa da, o, bundan qəti imtina edib. Həmin uşaq və anası xroniki xəstəlikdən əziyyət çəkirlər. Ana və azyaşlı uşağın qanunvericiliyə uyğun olaraq, aidiyyəti qurumlar məlumatlandırılmaqla müvafiq xəstəxanaya yerləşdirilməsi, eləcə də həyat və sağlamlıqlarının nəzarətə götürülməsi istiqamətində tədbirlər görüləcək”.

 

DİN rəsmisinin sözlərinə görə, hazırda bu istiqamətdə ərazi polis orqanına müvafiq göstərişlər verilib.

Oxunma sayı 58