DİN-dən Nəsimi Nəbizadənin tutulması ilə bağlı açıqlama

22:37 05.05.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Əməkdar jurnalist Nəsimi Nəbizadənin saxlanması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.

 

Hafta.az-ın məlumatına görə, bu barədə "oxu.az"a DİN-nin Mətbuat Xidmətinin Kütləvi informasiya vasitələri və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev məlumat verib.

 

O bildirib ki, bu istiqamətdə yayılan məlumatlar əsassızdır.

 

Qeyd edək ki, "unikal.org" narkotik maddə satmaqda şübhəli bilinən Əməkdar jurnalist Nəsimi Nəbizadənin polis tərəfindən saxlanıldığı barədə məlumat yayıb.

 

Nəsimi Nəbizadənin saxlanılması zamanı çəkildiyi bildirilən foto da sosial şəbəkələrdə yayılıb.

 

Xatırladaq ki, N. Nəbizadə uzun illər AzTV-də, daha sonralar isə APA TV-də çalışıb.

Oxunma sayı 314
Media rubrikasından digər xəbərlər