Dadaşovdan Xəzər TV-nin rəhbəri kimi ilk açıqlama - VİDEO

10:28 06.03.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Hamımız başa düşürük ki, medianın inkişafında, qurulmasında, auditoriya qazanmaqda sərhəd yoxdur”. 

Hafta.az  xəbər verir ki, bu sözləri Xəzər Media Mərkəzinə yeni direktor təyin olunan Xalq artisti Murad Dadaşov deyib. 

O, dünən kanalın kollektivi ilə görüşü zamanı tövsiyələrini verib, kanalın daha da uğur qazanması üçün çalışacağını söyləyib:

“Bildirmək istəyirəm ki, burada əyləşən tanınmış simalar, kadrarxasında əyləşən insanlar var. Kifayət qədər uğur qazanıblar. Bu gün Xəzər TV-nin öz auditoriyası var”.

 

Oxunma sayı 95