Yazını böyüt
Yazını kiçilt
Prezident Vladimir Putinin Rusiyada hərbi səfərbərlik elan etməsi haqda qərarına etiraz edən xalqın aksiyaalrı davam edir. Bu gün isə ölkənin ən böyük muxtar respublikalarından olan Dağıstanda insanlar küçələrə çıxıblar.
Hafta.az-ın yazdığına görə, dağıstanlılar öz övladlarını müharibəyə göndərmək istəmir və səfərbərlik prosesinin dayandırılmasını tələb edirlər. Hərbi komissarlıqların və rəsmi dövlət idarələrinin binaklarının qarşısına toplaşan xalq Rusiya təhlükəsizlik qüvvələrinə etiraz edirlər.
İndiyədək yüzlərlə dağıstanlının Ukraynada gedən müharibədə öldürülməsindən hiddətlənən kütlə "Ukrayna Rusiyaya deyil, Rusiya Ukraynaya hücum edib" şəklində etiraz edir.