Danimarka - Finlandiya oyunu təxirə salınıb - Avro-2020

21:20 12.06.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Avro-2020-nin B qrupunun Danimarka - Finlandiya matçı təxirə salınıb.

Hafta.az xəbər verir ki, futbol üzrə Avropa çempionatının B qrupunun Danimarka - Finlandiya matçında danimarkalıların futbolçusu Kristian Eriksen huşunu itirib.

Bir müddət meydanın içində müalicəsi davam etdirilən Eriksen daha sonra xəstəxanaya aparılıb.

İlkin ehtimallara görə, yarımmüdafiəçinin ürəyi dayanıb.

Qeyd edək ki, qarşılaşmada hesab açılmayıb.

Oxunma sayı 315