Ukrayna prezidenti Vladimir Zelenski bazar günü Rusiyanın Sumı şəhərinə ballistik raket zərbəsi endirməsindən sonra dünyanı, xüsusən də ABŞ və Avropanı sərt reaksiya göstərməyə çağırıb.
Hafta.az "“European Pravda” nəşrinə istinadla xəbər verir ki, Zelenski bu haqda özünün telegram-kanalında yazıb.
Prezident bəyan edib ki, Rusiyanın Sumıda “adi şəhər küçəsi”nə endirdiyi ballistik raket zərbəsindən sonra onlarla mülki vətəndaş ölüb və yaralanıb.
"Yalnız əclaf belə hərəkət edə bilər. Adi insanların canını almaq... Həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verirəm. Hazırda xilasetmə əməliyyatı davam edir.
Bütün lazımi xidmətlər işləyir. Dünyadan güclü reaksiya lazımdır."ABŞ, Avropa, dünyada bu müharibənin və qətllərin bitməsini istəyən hər kəsin", - deyə Ukrayna prezidenti çağırış edib.
O vurğulayıb ki, Rusiya məhz bu cür terror istəyir və bu müharibəni uzadır.
"Təcavüzkara təzyiq olmadan sülh mümkün deyil. Danışıqlar heç vaxt ballistik raketləri və aviabombaları dayandırmayıb. Bizə Rusiyaya qarşı bir terrorçunun layiq olduğu münasibət lazımdır. Ukraynanın yanında olan və həyatımızı qorumaqda bizə kömək edən hər kəsə təşəkkür edirəm", - Vladimir Zelenski bildirib.
Xatırladılır ki, mer vəzifəsini icra edən Artem Kobzarın verdiyi məlumata görə, aprelin 13-də səhər saatlarında Rusiyanın Ukraynanın Sumı şəhərinin mərkəzinə endirdiyi raket zərbəsi nəticəsində iyirmidən çox mülki şəxs həlak olub.