Ermənistanda iş kəsilmiş 32 iranlı Tehrana təhvil veriləcək

15:15 13.10.2011
Yazını böyüt
Yazını kiçilt
ErmƏnistanda məhkum olunmuş 32 İran vətəndaşı cəza müddətini öz vətənlərində keçirəcəklər. “Tert.am“ın məlumatına görə, Ermənistanın Ədliyyə Nazirliyi onların yaxın günlərdə İrana ötürüləcəyini təsdiqləyib. Ermənistan Cinayət İcraetmə İdarəsinin ictimai əlaqələr şöbəsinin rəhbəri Qor Qleçyanın məlumatına görə, Ermənistanda məhkum olunmuş iranlıların 90 faizi narkotiklə bağlı cinayətlər üzrə məsuliyyətə cəlb olunublar. İran informasiya vasitələrinin məlumatlarına görə, bu ölkənin Ermənistandakı səfirliyinin səyləri sayəsində, 32 vətəndaş cəza tədbirlərin qalan hissəsini İranda keçirmək üçün vətənə qaytarılacaq. Xatırladaq ki, təkcə son 1 il ərzində bu, ikinci belə haldır: fevralda Ermənistandan İrana 24, sentyabrda isə 30 müttəhim ötürülüb.
Vüsal