De gəlsin - Şeirlər

18:54 18.11.2019
Yazını böyüt
Yazını kiçilt

Aşıq qardaş götür sazı sinənə

Bu dağların havasından de gəlsin.

Xalı kimi hər tərəfə sərilən

Çəmənlərdən, çiçəklərdən de gəlsin.

                   ***

Axşamüstü alovlansın ocaqlar,

Yığılsın başına əziz qonaqlar,

Bir də nə vaxt qismət olar bu anlar,

Bu günlərdən, bu anlardan de gəlsin.

            ***

Şəlaləsi, çayları var bu yerin,

Meşələri, bulaqları səpsərin,

İnsanların qəlbindəki iz dərin,

Yaylaqlardan, bulaqlardan de gəlsin.

            ***

Azəri yurduna “cənnət” deyirlər,

Səninlə yazılır gözəl şeirlər,

Qoy var olsun vətənini sevənlər,

Bu vətəni sevənlərdən de gəlsin.

                ***

Tanrıdan pay düşüb bizə bu yerlər,

Sanki qismət olub bülbülə güllər,

Ələmdarı cox yaşadır bu günlər,

Yaşamağın ləzzətindən de gəlsin.

 

 ‘’Qocalıqdan qorxuram’’

Bir gün gələn bir gün gedər dünyadan,

Ölümdən yox, qocalıqdan qorxuram.

Gələrsə ömrümün ixtiyar çağı,

Tənhalıqdan, yalnızlıqdan qorxuram.

                          ***

Arzularla yaşayıram həvəslə,

Acizəm önündə əcəlim gəlsə,

Allahım bir uzun ömür verərsə,

Kədərli günlərdən, aydan qorxuram.

                          ***

Nə qədər taqətim vardır dizimdə,

Hörmətdə görürəm yerbəyerində,

Qalmazsa bir zaman taqət dizimdə,

Üstümə yeriyən şərdən qorxuram.

                          ***

Gəncliyimi mən arxada qoymuşam,

Yollar gedib, yol yorğunu olmuşam,

Qocalığın düz yanında durmuşam,

Salam verib , görüşməyə qorxuram.

 

                       ‘’Olaydı’’

Keçmişə boylanıb baxanda hərdən,

Deyirəm gəncliyim getdi hədərdən.

İndidə qocalıb düşmüşəm əldən,

Qəlbimi açmağa sirdaş olaydı,

Mənim də qapımı döyən olaydı.

                        ***

Yığıla başıma qohum-qardaşım,

Yanaqdan süzülə sevinc göş yaşım.

Bişəydi yüz cürə bozbaşım-aşım,

Qazanım qaynayıb, daşan olaydı.

Mənim də qapımı döyən olaydı.

                       ***

Sözə də baxmadan qurdum ailə,

İllərdir acısın çəkirəm hələ.

Ömrümün əllisin vermişəm yelə,

Altmışa çatmağa güman olaydı,

Mənim də qapımı döyən olaydı.

                        ***

Bir oğul böyütdüm, bir qız nişanə,

Dedim ki, ölərəm qalar nişanə.

Etdilər qəlbimin evin viranə,

Halıma acıyıb yanan olaydı,

Mənim də qapımı döyən olaydı.

                        ***

 Çəkdiyim əziyyət qaldı özümə,

Əlacım qalıbdır bircə dözümə.

Övladda baxmadı mənim sözümə, 

Nə qədər gec deyil peşman olaydı,

Mənim də qapımı döyən olaydı.

                       ***

Qeybət edənlərin mövzusu oldum,

Qınandım, söyüldüm, gülməli oldum.

Bir susuz səhrada tək ağac oldum,

Bir damla içməyə suyum olaydı,

Mənim də qapımı döyən olaydı.

                       ***

Elimdən, obamdan düşdüm aralı,

Özümdə bilmirəm oldum haralı !?

Olmuşam, a qardaş qəlbi yaralı,

Öz elim öz yurdum obam olaydı,

Mənim də qapımı döyən olaydı.

                      ***

Bu bəla başıma gəldi haradan ?

Seçə də bilmirəm ağı qaradan.

Beləmi yaratdı məni yaradan ?

Yaranan o günüm bir daş olaydı.

Mənim də qapımı döyən olaydı.

                     ***

Bilirəm qarşıda nələr olacaq.

Əzrail canımı gəlib alacaq.

Mülkümün üstündə dava olacaq,

Kaş ki, bu gördüyüm yuxu olaydı,

Mənim də qapımı döyən olaydı.

                      ***

Mən şair deyiləm yazım şeirlər,

Yazdım ki, başıma gör gəlib nələr.

Uzaqdan yad kimi baxır nəvələr,

Bağrıma basdığım günlər olaydı,

Mənim də qapımı döyən olaydı.   

 

           ‘’Gözəl afət’’

Sürməni neynirsən, ey gözəl afət,

Sən özün anadan-gəlmə gözəlsən.

Gəl qoyma  qara xalı üzünə,

Olmasa o xalın yenə gözəlsən.

                      ***

Gəl çəkmə gündə zülfünə sığalı,

Qoy külək darasın salsın aşağı.

Bənzətmə laləyə o al yanağı,

Lalədən, çiçəkdən, güldən gözəlsən.

                     ***

Yaradan yaradıb səni bir dənə,

Nə ola düşəsən mənim bəxtimə.

Ulduzda, günəşdə tay olmaz sənə

Ulduzdan, günəşdən, aydan gözəlsən.

 

             ‘’Yazmaram’’

Üz vurmayın a dostlar, şeir yazmağa,

Mən tövbə etmişəm bir də yazmaram.

Bir zaman yazırdım dərdim azalsın,

Çoxaldı bu dərdim, bir də yazmaram.

                        ***

Yazdım ki, dünyamız bəlkə oyana,

Namərdlər gördüyü işdən utana.

Lənətlər yağdırıb, söydüm yalana,

Olmadı faydası bir də yazmaram.

                        ***

Yazdım ki, bülbülə azad yol verin,

Bağçada gül ilə sevsin bir-birin.

Kəsdilər biçarə bülbülün dilin,

Mən belə dünyadan bir də yazmaram.

                       ***

Yazdım ki, qarğadan hökmdar olmaz,

Qoysanız qartalı vətən basılmaz.

Dedilər yazdığın bizə yaramaz,

Tutuldu əllərim, bir də yazmaram.

                        ***

Mən agah olmadım dünya sirrindən,

Dad deyir bu könlüm böhtn əlindən.

Alçağın, namərdin alçaq işindən                 

Ah çəkir ələmim, deyir yazmaram.

                        ***

Ələmdar neyləyir şöhrəti, şanı,

Yazdım ki, oyatsın yuxu yatanı.

Onsuz da gələcək şair zamanı,

İndiki zamanda bir də yazmaram.

 

      Mənə

Dırdimin əlindən dağlara çıxdım,

Bəxtəvər dedilər dostlarım mənə.

Çox gəzdim aranı, dağları bir- bir,

Nə aran xoş gəldi, nə dağlar mənə.

           ****

Kimləri özümə həyan eylədim,

Sirrimi onlara bəyan eylədim,

Dar gündə əl açıb imdat dilədim,

Nə dostum yar oldu, nə tanış mənə.

            ****

Bəxtimi sınamaq fikrinə düşdüm,

Enişlı -yoxuşlu yollara düşdüm.

Ovçuluq eyləyib düzlərə düşdüm,

Nə cüyür rast gəldi, nə ceyran mənə.

             ****

Yaradan yaradıb insanı fərqli,

Kimisi xoşbəxtdi, kimisi dərdli,

Kasıbın gündüzü olmaz günəşli,

Gecədən pay düşdü tanrıdan mənə.

 

Mən əvəzdən

Fəsillər gözəli ey gözəl bahar,

Gələndə yurduma gəz mən əvəzdən.

Oyatsan bağımda gülü çiçəyi,

Bir dəstə bənövşə dər mən əvəzdən.

      ***

Qoy əssin küləyin mehin astadan,

Tumurcuq qoplasın kövrək budaqdan,

Pışılda yarpağın çıxsın budaqdan,

Yaşıllıq yaratsın qoy mən əvəzdən.

          ***

Sirkələ dağları yuxudan dursun,

Başına yığılan yağını qovsun,

Xaçının, Qarqarın, Tərtərin coşsun,

Gurlasın, çağlasın qoy mən əvəzdən.

         ***

Aralı düşmüşəm eldən, obadan,

Ürəyim dağlıdı vətən sarıdan,

Rəhm etsin mənə də məni yaradan,

Qorusun vətəni qoy mən əvəzdən.

 

Çatmır

Çox sözlər dolanır ,keçir qəlbimdən,

Heyif ki, yazmağa savadım şatmır.

Cibdəki pulun da dəyəri yoxdu,

Kağıza çatsa da, qələmə çatmır.

         ***

Bazara baxıram od tutub yanır,

Qiymətlər canıma vəlvələ salır,

Hər şeyen yaxşısın varlılar alır,

Mənimsə manatım soğana çatmır.

          ***

Dostlarla ova da çıxırıq hərdən,

Ceyranlar, cüyürlər keçir bu yerdən.

Dostların gülləsi dəyir hədəfdən,

Mənimsə tüfəngim dovşana çatmır.

          ***

Elə bil bəxtimə qaranlıq çöküb,

Buludlar başıma dolular töküb.

Dünyanın günəşi dünyadan köçüb,

İşığı yerlərə, yollara çatmır.

         ***

Tərsinə fırlanır dünya deyəsən,

Belə dünyanın nəyin sevəsən.

Arsızlıq eyləyib gərək güləsən,

Onsuz da dünyanın bir arı çatmır.

Ələmdar