Dələduzluqda şübhəli bilinən qadın saxlanılıb

14:27 12.09.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinə müraciət edən Bakı və Sumqayıt şəhər sakinləri olan üç nəfər 2018-ci ilin sentyabrından cari ilin mayınadək olan müddətdə Fatimə adlı şəxsin onları aldadaraq ümumilikdə 15,9 min ABŞ dolları və 800 manat pullarını aldıqlarını bildiriblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən hafta.az-a bildiriblər ki, polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla həmin şəxsin Bakı şəhər sakini F.Abbaspur olduğu müəyyən edilib.

Keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində dələduzluğu törətməkdə şübhəli bilinən qadın saxlanılıb. Onun daha 3 nəfərə qarşı dələduzluq etməsi də məlum olub.