Dələduzluqda şübhəli bilinən şəxs tutuldu

13:48 18.05.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Şəkidə dələduzluqda şübhəli bilinən şəxs tutulub.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən hafta.az-a verilən xəbərə görə, Şəki Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 12-də rayon sakinləri Ə.Məmmədovun 10.000 manat, X.Qasımlının 8.000 manat və A.Babayevin 4.100 manat pulunu dələduzluq yolu ilə talamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş R.Məmmədov saxlanılmışdır.

 

Faktla əlaqədar Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb.

Oxunma sayı 32