Dəm qazı daha bir tələbənin canını aldı

10:28 05.12.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda daha bir tələbə dəm qazından boğulub.

Trend-in məlumatına görə, hadisə dekabrın 4-də baş verib.

Ağsu rayon sakini, 1998-ci il təvəllüdlü Dadaşov Nurlan Akif oğlu Bakıda kirayə yaşadığı evin hamam otağında dəm qazından boğulub.

N.Dadaşovun meyiti otaq yoldaşları tərəfindən aşkar edilib.

Məlumata görə, N.Dadaşov Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 4-cü kurs tələbəsidir.

Oxunma sayı 30