Deportasiya Qurbanları  Cəmiyyəti  Qərbi Azərbaycan İcmasıyla əməkdaşlıq edəcəkmi?

19:22 26.01.2023 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Xəbər veridiyi kimi, bu gün  Qərbi Azərbaycan İcmasının Müşahidə Şurasının iclasında indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə, sülh yolu ilə geriyə qayıtmasının təmin edilməsi barədə konsepsiya - Qərbi Azərbaycana Qayıdış Konsepsiyası təsdiq edilib. Təbii ki, qaydışın gələcəkdə təmin olunması üçün Qərbi Azərbaycandan olan soydaşlarımızın oxşar niyyətlərlə yaratdıqları digər ictimai qurumlar da öz səylərini bir vahid konsepsiya ətrafında birləşdirməlidir...

Deportasiya Qurbanları Cəmiyyətinin təsisçilərindən və həmin qurumun idarə heyətinin üzvlərindən biri olan sabiq baş prokuror Əli Ömərovla hafta.az üçün qısa telefon söhbətimizdə bununla bağlı suallarımıza cavab tapmağa çalışdıq.

- Əli müəllim, yaradıcılarından biri olduğunuz Deportasiya Qurbanları Cəmiyyəti hazırda fəaliyyətini necə davam etdirir?

-Cəmiyyət fəaliyyətini yenə də eyni qaydada davam elətdirir. Mütəmadi olaraq yığışır, toplaşır, iclaslarımızı keçirir, müzakirələrimizi aparırıq... Sədr Köçəri Nağıbəylidir hələlik...

-Cəmiyyət olaraq gələcək üçün yeni planlarınız yoxdur ki?

-Xeyr. Hələlik elə bir başqa plan yoxdur. Öncədən Cəmiyyətin məramına, nizamnaməsinə uyğun, qarşıda qoyulan məqsədlərə doğru fəaliyyətimizi davam etdiririk...

-Bu gün Qərbi Azərbaycan İctimai Birliyi  qayıdış konsepsiyasını da təsdiqlədi. Həmin qurum ilə əməkdaşlıq barədə düşünmürsüz ki?

-Yox, yox. Mən düşünmürəm...

- Bütövlükdə üzvü olduğunuz Cəmiyyəti nəzərdə tuturam...

-Nə deyim, vallah. Orada hamısı müstəqil adamdır; kim necə istəyər, elə də edər...

-Rəhbərlik yığışıb bir müzakirə aparmayıb?

-Rəhbərlik deyərkən dönəm sədrliyi var. Bu gün Köçəri bəy, sabah başqası olacaq... Hərə müstəqil adamdır... Kim nə fikirləşər, yəqin ki, onu da edəcək...

-Sözüm ondadır ki, Cəmiyyətin idarə heyəti toplanıb Qərbi Azərbaycan İctimai Birliyi ilə münasibətlər və mümkün əməkdaşlıq haqda müzakirələr aparıb yekdil bir qərar verməyib hələ?

-Xeyr. Hələ bu mövzuda söhbətimiz olmayıb...

Oxunma sayı 85
Siyasət rubrikasından digər xəbərlər