Deputat Dövlət Komitəsinin adının dəyişdirilməsini təklif edib

13:14 19.11.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda Diasporla İş üzrə Dövlət komitəmiz var. Onun adı hər yerdə Diasporla İş üzrə Dövlət Komitəsi gedir. Hətta müzakirəyə çıxardığımız qanun layihəsində də təsis edilən medalın “Diaspor fəaliyyətində xidmətlərin görə” nəzərdə tutulduğu qeyd olunur. Lakin dünyanın bir çox ölkələrində bu söz "diaspora" kimi işlədilir. İngilis, rus dilində də bu ifadə belə işlənir.

Trend-in xəbərinə görə, bunu Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov parlamentin bu gün keçirilən plenar iclasına çıxış edərkən deyib.

O bildirib ki, diaspor sözü hidroksitlərə, kimyəvi birləşmələrə, maddələrə verilən bir addır: “Düşünürəm ki, bu ifadə həm Azərbaycan dilində, həm də komitənin adında rəsmi olaraq diaspor deyil, diaspora yazılmalıdır”.

Siyasət rubrikasından digər xəbərlər