Deputatlığa namizədlərin sayı 1542-yə çatıb

17:14 21.01.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda fevralın 9-na təyin edilmş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün 2431 namizəd müraciət edib.

Hafta.az-ın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

M.Pənahov bildirib ki, müraciət edən şəxslərin 2358 nəfərinin namizədliyi təsdiq olunub. Onlardan 2247 nəfəri isə imza vərəqələrini götürüb. 1774 nəfəri isə imza vərəqələrini dolduraraq geri qaytarıb və onlardan 1542 nəfər deputatlığa namizəd kimi qeydə alınıb.

Siyasət rubrikasından digər xəbərlər