Deputatlığa namizədliyini vermək istəyənlər: DSK bu sənədləri tələb edəcək  

11:41 10.12.2019 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

Növbədənkənar parlament seçkilərinin keçirilmə tarixi 9 fevrala təyin olunduqdan sonra sosial şəbəkələrdə bir çox tanınmış simalar, jurnalistlər, mədəniyyət və elm adamları seçkilərdə iştirak edəcəklərini açıqladılar.

Onların bir çoxları Milli Məclisə keçiriləcək seçkilərdə namizəd kimi iştirak etmək üçün hansı sənədlərin lazım olduğunu bilmirlər. Sosial şəbəkələrdə müzakirə olunan əsas mövzulardan biri də həmin məlumatları haradan öyrənməli olduqları ilə bağlıdır.

Hafta.az-ın əməkdaşı bu kimi suallara aydınlıq gətirməyə çalışıb. İlk olaraq onu qeyd edək ki, bununla bağlı sualların hamısına Mərkəzi Seçki Komissiyası (MSK) aydınlıq gətirmək məcburiyyətində deyil. Belə ki, MSK namizədlik üçün təqdim olunan sənədlərin siyahısı, eləcə də digər məlumatlar üçün “115” qaynar xətti yaradıb.

“115” qaynar xəttindən hafta.az-a bildirildi ki, parlament seçkilərində deputat mandatı uğrunda mübarizə aparan şəxslər iş yerindən arayış gətirməlidir. Eyni zamanda, şəxsiyyət vəsiqəsinin sürətini və özünü də yanlarında götürməlidirlər. Bundan başqa diplomun natariusda təsdiq olunmuş sürəti, eləcə də 4 ədəd 3x4 ölçülü şəkillə namizədliklərini irəli sürəcəkləri dairə seçki komissiyasına yaxınlaşmalıdırlar.

Siyasət rubrikasından digər xəbərlər