Diş çıxaran dərmanın buraxılacağı vaxt açıqlanıb

10:43 12.06.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Yapon tədqiqatçılar tərəfindən hazırlanan diş çıxaran dərmanın bazara çıxarılacağı tarix açıqlanıb.

Hafta.az-ın “Asahi”yə istinadən yazdığına görə, Osakadakı Kitano Xəstəxanasının Tibbi Tədqiqat İnstitutundan Katsu Takahaşi və komandası tərəfindən hazırlanmış dərmanın 2030-cu ildə insanlar üçün əlçatan olması planlaşdırılır.

Takahaşi və komandasının mayın 2-də Kyoto Universitet Xəstəxanasında verdiyi açıqlamada, dərmanın insanlar üzərində sınaqlarının sentyabrda başlayacağı açıqlanıb. Bildirilib ki, analizlər problemsiz keçərsə, dərman ilkin olaraq yalnız anadangəlmə diş çatışmazlığından əziyyət çəkən xəstələrə veriləcək.

Bu pozğunluq nəticəsində bəzi insanlar dişlərinin bir hissəsini itirərək doğulur. Bu diş çatışmazlığı çənə inkişafına və yemək vərdişlərinə mənfi təsir göstərir.

Açıqlamada, sentyabr ayında başlayacaq dərman testlərinin 2025-ci ilin avqust ayına qədər davam etməsinin gözlənildiyi bildirilib.

Bu təcrübələrdə ən azı arxa dişlərindən biri əskik olan 30-64 yaşlı 30 kişi iştirak edəcək. İntravenöz olaraq tətbiq edilən dərmanın dişlərin inkişafına necə töhfə verəcəyi müşahidə ediləcək.

Heyvanlar üzərində aparılan tədqiqatlarda bu günə qədər heç bir əhəmiyyətli yan təsir aşkar edilməyib.

Tədqiqatçılar böyüklər üzərində apardıqları təcrübələrdən sonra dərmanı dörd və ya daha çox dişləri əskik olan 2-7 yaşlı uşaqlarda sınaqdan keçirəcəklər.

2023-cü ildə hazırlanmış dərman, sümük inkişafına imkan verən zülalları bloklayan USAG-1 molekuluna təsir edərək işləyir. Müvafiq olaraq, dərman bu molekulun təsirlərini boğaraq dişlərin əmələ gəlməsini mümkün edir.

Siçanlar və bigl itləri üzərində aparılan araşdırmalarda elm adamları dərman sayəsində dişlərin yenidən inkişaf etdiyini müşahidə ediblər.

Takahaşi, "Biz istəyirik ki, dərman protez və implant kimi mövcud müalicələrdən sonra üçüncü variant təmin etsin" deyib.

Oxunma sayı 209