“Disney+” servisinə bir gündə 10 milyona yaxın insan abunə olub

13:29 14.11.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İstifadəyə verildiyi bir sutka ərzində təxminən 10 milyon insan “The Walt Disney Company” kompaniyasının yeni “Disney+” online-servisinə abunə olub.

Bazar analitikləri yeni online-servisin ilin sonunadək 8 milyondan çox istifadəçi toplayacağını proqnozlaşdırırdı. İlk yeddi gün ərzində servis pulsuz fəaliyyət göstərəcək və indi abunə olanlar çox güman ki, ayda 6,99 dollarlıq abunə haqqını ödəməyəcək.

Online-platforma noyabrın 12-də ABŞ-ın Şərq sahili vaxtı ilə saat 06:00-da istifadəyə verilib. Servisə “Disney”, “Pixar”, “Marvel”, “LucasFilm” studiyaları tərəfindən müxtəlif vaxtlarda çəkilmiş yüzlərlə kinofilm, həmçinin bu platforma üçün hazırlanmış yeni film və seriallar yerləşdiriləcək.

“Disney+” əvvəlcə yalnız ABŞ, Kanada və Niderlandda, sonra isə bir sıra digər ölkələrdə işləyəcək. “The Walt Disney Company” kompaniyası iki il ərzində onun dünyanın əsas regionlarında fəaliyyət göstərəcəyini bildirib.

Oxunma sayı 23