Dövlət Məşğulluq Xidməti ötən həftə 23 rayonda gənclər üçün təlimlər keçirib

17:47 09.12.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti işsiz və işaxtaran gənclərin əmək bazarına inteqrasiyasının dəstəklənməsi və bu məqsədlə onlara müasir iş axtarışı bacarıqlarının aşılanması üçün təlimləri davam etdirir.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, xidmət ötən həftə 23 rayonda belə təlimlər təşkil edib.

Təlimlərə 400-ə yaxın gənc cəlb olunub. Onlara karyera planlaması, komandanın qurulması, öz işgüzar keyfiyyətlərini, peşə və ixtisas bacarıqlarını işəgötürənə düzgün təqdimat etmək, müsahibəyə hazırlıq, CV, rezüme yazılması, işə daxil olmaq üçün müsahibə mərhələsindən keçmək və digər sahələr üzrə nəzəri və praktik biliklər öyrədilib.

Təlimlər ilin sonuna kimi davam edəcək və ölkəmizin bütün şəhər və rayonlarında keçiriləcək.

Oxunma sayı 29