Dövlət rəsmiləri, millət vəkilləri xalqımızı belə təbrik etdilər -  Müstəqillik Günü təbrikləri

11:40 18.10.2019 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

Bu gün Dövlət Müstəqilliyimizin Bərpası Günüdür. Qeyri-rəsmi iş günü olsa da, bir əsrdə iki dəfə müstəqillik əldə etmiş xalqımız bu günü milli azadlıq mücadiləsinin ən parlaq günlərindən biri kimi qeyd edir. Dövlət rəsmiləri, millət vəkilləri də bu münasibətlə xalqımızı təbrik ediblər.

Hafta.az onların sosial şəbəkələdə yazdığı bayram təbriklərini olduğu kimi sizlərə təqdim edirik. Milli-mənəvi dəyərlərimizə ehtiram əlaməti olaraq əvvəlcə xanımlardan başlayaq. Sonra kişilərin təbriklərini qəbul etməyə hazır olun.

Millət vəkili Sona Əliyeva:

“Hər birinizi Azərbaycan Dövlət Müstəqilliyi günü münasibətilə təbrik edirəm! Müstəqilliyimizin, azadlığımızın əbədi olmasını arzulayıram!”

Millət vəkili Qənirə Paşayeva: “Hər zaman güclü ol Azerbaycan!”

Baş nazirin müavini Əli Əhmədov:

“18 oktyabr etiraf anı hər şeydən əvvəl bir daha xalqımızın və dövlətimizin qarşısında dahi Heydər Əliyevin müstəsna xidmətlərinin dərk edilməsindən və qiymətləndirilməsindən keçir. Bu eyni zamanda son 16 ilin inkişafının, müasirləşməsinin, Azərbaycanın gücünün, qüdrətinin, dünyadakı rolunun və müsbət imicinin, insanlarda gələcəyə sönməz inamın formalaşmasının memarı Prezident İlham Əliyevin müstəsna xidmətlərinin bir daha dərk edilməsi və qiymətləndirilməsi anıdır. Xalqla iqtidarın haqqında bəhs etdiyimiz sarsılmaz birliyi məhz buna arxalanır. Azərbaycanın dövlət müstəqilliyi əbədi olsun!”.

Millət vəkili Nəsib Məhəməliyev:

 “Respublikamız 18 oktyabr 1991 - ci ildə, müstəqilliyini bərpa etdi. Bu münasibətlə, başda prezident İlham Əliyev olmaqla, Azərbaycan xalqını təbrik edir,xoşbəxt, firavan həyat arzulayıram”.

Millət vəkili Fazil Mustafa:

"Müstəqilliyimiz -müstəqil və müasir düşüncəli insanlarımızın sayının artmasına, doğru mühakiməsi olan aydınlarımızın daha çox yetişməsinə, dünyada faydalı dəyərlər yaratmaq qabiliyyətinə sahib millətə çevrilməmizə vəsilə olsun" -deyirəm”

Millət vəkili Sahib Alıyev:

“Bu faktdır ki, biz regionda müstəqillik haqda Konstitusiya Aktını sonuncu elan edən respublika olduq. Amma o da faktdır ki, indi bu regionda müstəqillik potensialı ən yüksək olan və müstəqil siyasət yeritməyi bacaran bir dövlət varsa, o da Azərbaycanımızdır!”

Ulu Öndər Heydər Əliyevin bir sözü vardı ki, müstəqilliyi elan etmək nə qədər çətindirsə, onu qoruyub saxlamaq ondan da çətindir. Tarix də bizə bunu göstərmişdi.

Bu gün isə forpost Ermənistanın və digərlərinin timsalında görürük ki, müstəqil adlanmaq, hətta özünü müstəqil kimi aparmaq da olar, amma Azərbaycanın yeritdiyi siyasəti yeritmək çətin, həm də çox çətindir. Çətindir, amma şərəflidir. Bu şərəfliliyi bizə yaşadanları Tanrı qorusun, bayramınız qutlu olsun!”

Tahir Mirkişili: “Güclü və müstəqil Azərbaycan uğrunda!..”

Siyasət rubrikasından digər xəbərlər