Dünya liderləri artıq “hər şeyə qadir” Trampdan qorxmurlar...

13:47 01.06.2025 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Çin, Rusiya, İsrail, Avropa və Kanada liderləri, deyəsən, Trampın düşündüyü qədər güclü olmadığına qərar veriblər...

ABŞ Prezidenti Donald Tramp özünün şəxsi qüdrətinə və dünyanı dəyişdirmək qabiliyyətinə tam arxayın idi. O, Vladimir Putin və ya Ci Tzinpin ilə "çox yaxşı münasibətlərinin" dünya gücləri arasında dərin geo-siyasi və iqtisadi problemləri sehrli şəkildə həll edəcəyi ilə öyünürdü. Lakin görünən odur ki, bu onda alınmır, çünki dünya liderləri onun qarşısında qorxu hiss etmirlər”

Hafta.az “UNİAN”a istinadla xəbər verir ki, "CNN" belə yazır.

Məqalədə deyilir:

“Tramp texnoloji titanları onun xətti ilə getmələri üçün qorxuda və Harvard Universiteti və hakimlər  institutunu əymək üçün dövlət gücündən istifadə edə bilər, lakin bəzi dünya liderlərini qorxutmaq daha çətindir”.

Məsələn, Rusiya lideri Vladimir Putin ABŞ-ın Ukraynadakı müharibəni bitirmək səylərinə məhəl qoymur, onu faktiki olaraq aşağılayır. Rusiya mediası indi Trampı bəyanatları heç vaxt heç bir nəticəyə gətirib çıxarmayan sadəcə bir boşboğaz kimi təqdim edir.

Tramp həm də lider Si Tzinpini ticarət müharibəsinə salmaqla Çini öz iradəsinə uyğunlaşdıra biləcəyini düşünürdü. Lakin avtoritar Pekin açıq şəkildə ABŞ prezidentinə boyun əymək niyyətində deyil. Çində olduğu kimi, Tramp  Avropa Birliyi ilə də tarif müharibəsində geri çəkildi. Tramp Qəzza münaqişəsi ilə bağlı İsrailin baş naziri Benyamin Netanyahu ilə də anlaşa bilmədi", -deyə "CNN" davamında yazır:

"Dünya liderləri Amerika prezidentlərininki ilə paralel reallıqda mövcud olan öz milli maraqlarını güdürlər. Əksəriyyət heç bir ödəniş tələb etməyən şəxsi müraciətlərə dözmür. Və Tramp Oval kabinetdə Ukrayna prezidenti Vladimir Zelenski və Cənubi Afrika prezidenti Kiril Ramafosanı alçaltmağa cəhd etdikdən sonra Ağ Evin cəlbediciliyi zəifləyir."

Trampın "öncə Amerika" populizmi ABŞ-ın onilliklər ərzində qarət edildiyi, müttəfiqlərinin onu planet tarixində ən güclü ölkəyə çevirdiyi faktına məhəl qoymamaq şərtinə əsaslanır. İndi o, özünü hər kəsin tabe olmalı olduğu güclü adam kimi təqdim edərək, döyüşkənliyi ilə ABŞ-ın yumşaq gücünü - inandırmaq qabiliyyətini məhv edir.

"Tramp prezidentliyinin ilk dörd ayı tarif təhdidləri, ABŞ-ın Kanada və Qrenlandiyada ərazilərinin ekspansiyası və qlobal humanitar yardım proqramlarının məhv edilməsi ilə bağlı xəbərdarlıqları ilə göstərir ki, dünyanın qalan hissəsi baş verənlərdə söz sahibidir. İndiyə qədər Çin, Rusiya, İsrail, Avropa və Kanada liderləri belə qərara gəliblər ki, Tramp düşündüyü kimi  də güclü deyil”, - nəşr yazır.

Putin Trampdan qorxmur...

"CNN"-in daha əvvəl xəbər verdiyi kimi, Kreml Tramp administrasiyasının Rusiyaya qarşı sərt sanksiyalar tətbiq etməyə, eləcə də təzyiqləri artırmağa hazır olduğuna inanmır.

Nəşr vurğulayır ki, Tramp ikinci prezidentlik müddətinin əvvəlindən Ukraynaya çoxmilyardlı yardıma qarşı çıxmaqla, həmçinin Putinlə danışıqlar ideyasını təbliğ etməklə özünü tələyə salıb. İndi Rusiyaya qarşı sanksiyalar ABŞ prezidentinin reputasiyasına xələl gətirə bilər.