Dünyada yoluxma sayı 580 milyonu keçib - ÜST

09:39 09.08.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Dünyada koronavirusa yoluxanların sayı 580 milyon nəfəri keçib.

 

Hafta.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) gündəlik hesabatında qeyd olunub.

 

Məlumata görə, hazırkı dövrədək koronavirusa 581 686 197 nəfər yoluxub. Onlardan 6 410 961 nəfəri vəfat edib.

 

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

Oxunma sayı 116