Dünyanın ən balaca boy sakini öldü

23:51 18.01.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Dünyanın ən kiçik adamı olan Nepal sakini Haqendra Tapa Maqar 28 yaşında vəfat edib.

Hafta.az xarici mətbuata istinadən xəbər verir ki, son vaxtlar o ürək problemləri, astma və pnevmaniya ilə mübarizə aparıb.

Haqendra ilk dəfə 2011-ci ildə Ginnesin Rekordlar Kitabına düşüb. O, 67,8 santimetr boyu ilə müstəqil hərəkət etmək qabiliyyətini saxlayan dünyanın ən kiçik adamı olaraq tanınıb.

Haqendranın ölümü ilə bu titul kolumbiyalı Eduard Nino Hernandesə keçib. Onun boyu 70,21 santimetrdir.