Dünyanın ən gənc baş naziri seçilib - Sanna Marin

11:40 09.12.2019 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Finlandiyanın Nəqliyyat naziri Sanna Marin dünyanın ən gənc baş naziri olaraq adını tarixə yazdırıb.

Hafta.az yazır ki, Sosial Demokrat Partiyasının sədri seçilən 34 yaşlı Sanna Marin həm də Finlandiyanın 3-cü qadın baş naziri olub. "The Guardian"da yer alan xəbərə görə, Sosial demokrat Partiyası, 5 üzvdən ibarət hökumət koalisiyasında ən böyük ortaqdır. 

Qeyd edək ki, Finlandiyada bu ilin aprel ayında keçirilmiş seçkilərdə Sosial Demokrat Partiyası hökumət koalisiyasının ən böyük partiyası olaraq çıxıb.

İndiki baş nazir Antti Rinne, cümə axşamı koalisiyalı hökumətin ona etimad göstərməməsi səbəbindən istefa verib. İstefanın ardından partiyasının baş nazir seçdiyi 34 yaşlı Marin, "Heç vaxt yaşım və cinsim haqqında düşünməmişəm. Mən yalnız nəyə görə siyasətə gəldiyimi - məqsədlərimi və seçicinin etimadını qazanmağı çalışmışam" deyib.