Dünyanın ən ucaboy kişiləri

09:50 30.11.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Tez-tez mətbuatda dünyanın ən ucaboy, yaxud da tam əksinə, ən qısaboy kişiləri və ya qadınları ilə bağlı məlumatlar yayılır.

Hafta.az-ın yazdığına görə, bu dəfə “states_feed” mənbəyi Yer üzündə yaşayan ən ucaboy kişilərin siyahısını hazırlayıb və biz də maraqlı olar deyə bu siyahını təqdim edirik.

Bəlli olub ki, dünyada ən ucaboy kişi Robert Uodloudur. Onun boyu 2 metr 72 santimetrdir. Siyahıda ikinci yeri boyu 2 metr 67 santimetr olan Roqan, üçüncü yeri isə boyu 2 metr 64 santimetr olan Con Karroll tutur.

Ardıcıl şəkildə boyu 2 metr 62 santimetr olan Uill Kamper dördüncü, boyu 2 metr 58 santimetr olan Frans Vinkelmayer isə beşinci pillədə qərarlaşıb.

Siyahıda altıncı yerdə Leonid Stadnik (boyu 2 metr 58 santimetr),  yeddinci yerdə Pornçay Saosri (boyu 2 metr 57 santimetr) və səkkizinci yerdə Ho Van Trung (boyu 2 metr 57 santimetr) qərarlaşıb.

Oxunma sayı 209