Rusiyada və dünyada ilk “şərab şəhəri” olan “Belyi Mys” (Ağ Burun) layihəsi ötən ilin sonunda qapılarını açacaqdı. Amma layihənin rəhbəri olan məşhur restoran sahibi Dmitri Levitski RİA Novosti-yə müsahibəsində açılışın təxirə salındığını açıqlayıb.
Hafta.az-ın yazdığına görə, əvvəlcə şəhərin mərhələli şəkildə açılması nəzərdə tutulurdu. Birinci mərhələdə ölkədə ən böyük yerli şərab kolleksiyasına malik enotek (şərab kitabxanası) və çimərlikdə məşhur aşpaz Arkadiy Novikovun kafe-çörəkxanası açılmalı idi. Bununla belə, Levitski yarımçıq layihəni ziyarətçilərə təqdim etmək istəmədiklərini bildirərək, deyib: "İnsanları" heyrətamiz foyeyə " dəvət etsək də, evin qalan hissəsi tamamlanana qədər açmaq istəmədik. İndi bütün kompleksi bir anda açacağıq, hədəfimiz ilin sonudur".
Layihə memarlıq nöqteyi-nəzərindən də diqqəti çəkir: konstruksiyalar düz xətlərdən uzaq və təbii su axınlarına bənzəyən üzvi formalarla işlənib və texniki cəhətdən kifayət qədər mürəkkəbdir. Bundan əlavə, xaricdən alınması planlaşdırılan avadanlıqlara tətbiq edilən sanksiyalar layihənin gedişatını çətinləşdirib.
"Bəzi avadanlıqları yenidən dizayn etməli olduq. Amma dünyada belə bir layihə yoxdur. Hətta Bordodakı şərab mərkəzi bizimkindən dörd-beş dəfə kiçikdir", - deyə Levitski "Belıy Mysın" orijinallığını vurğulayır.
Layihənin ideyası Rusiya Bankının bir qrup səhmdarı tərəfindən irəli sürülüb. Eyni qrup Rusiyanın Massandra, Inkerman və Noviy Svet kimi məşhur şərab brendlərinin də sahibidir.
Tamamlandıqdan sonra “Belyi Mys” təkcə turistik məkan deyil, həm də Rusiya şərabçılığının dünyaya nümayişi olmaq məqsədi daşıyır.