Düşmən Goranboy rayonu ərazisini atəşə tutub - Vaqif Dərgahlı 

19:22 28.09.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Düşmən Goranboy rayonunun Yuxarı Ağcakənd və Qaramusalı kəndlərini artilleriya atəşinə məruz qoyub.

Hafta.az-ın məlumatına görə, bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik bildirib.

Onun sözlərinə görə, mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyməyib:

"Kənd sakinləri arasında itki yoxdur".

V. Dərgahlı bildirib ki, düşmənə qarşı bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.

Oxunma sayı 171
Siyasət rubrikasından digər xəbərlər