DVX-də işə qəbulla bağlı müsabiqənin nəticələri

18:06 09.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində (DVX) vakant vəzifələrə işə qəbulla bağlı müsabiqənin nəticələri açıqlanıb.

DVX-dən hafta.az-a bildirilib ki, məlum olduğu kimi, ötən ilin dekabr ayında Vergi Xidməti tərəfindən Dövlət İmtahan Mərkəzi ilə birlikdə vakant vəzifələrə işə qəbulla bağlı test imtahanı keçirilib.

Test imtahanında ümumilikdə 2475 nəfər iştirak edib, onlardan 757 namizəd 70 və daha yüksək bal toplamaqla müsabiqə şərtlərini ödəyərək ikinci mərhələyə - müsahibəyə buraxılıb.

Bu mərhələdə iştirak etmiş daha 112 namizəddən 83-ü müsabiqəni uğurla başa vurub. Uğur qazanan namizədlər 2 il müddətinə DVX-nin kadr ehtiyatına daxil ediliblər. Müsabiqənin nəticələri barədə ətraflı məlumatla buradan tanış olmaq mümkündür.

Qeyd edək ki, müsahibələr mərhələli şəkildə keçirilir və başa çatdıqdan sonra nəticələri elan edilir.