DYP İsmayıllıda baş verən ağır qəza ilə bağlı məlumat yaydı

12:36 26.01.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İsmayıllı rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hafta.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyevin verdiyi məlumata görə, hadisə bu gün səhər saatlarında İsmayıllı yolunun Bilzan kəndi ərazisində qeydə alınıb.

Bakıdan Qəbələyə gedən "Mercedes-Benz" markalı sərnişin mikroavtobusu "VAZ 2106" markalı minik avtomobili ilə toqquşub. Hadisə zamanı "VAZ 2106"da olan 2 nəfər ölüb, avtobusda olan 5 sərnişin isə müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.