“Ədəbiyyat biliciləri” müsabiqəsi keçiriləcək

16:38 05.12.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

2019-2020-ci dərs ilində “Ədəbiyyat biliciləri” müsabiqəsi keçiriləcək. Bu barədə Təhsil naziri Ceyhun Bayramov müvafiq əmr imzalayıb.

Təhsil Nazirliyindən hafta.az-a bildiriblər ki, əmrə əsasən, “Ədəbiyyat biliciləri” müsabiqəsində ölkə üzrə ümumtəhsil məktəblərinin VIII-XI sinif şagirdlərinin iştirakı nəzərdə tutulur.

“Ədəbiyyat biliciləri” müsabiqəsinin keçirilməsində məqsəd Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılıqları haqqında şagirdlərin məlumatlılıq səviyyəsinin artırılması, onların mütaliəyə meyil və maraqlarının gücləndirilməsidir.

Oxunma sayı 29
Sosial rubrikasından digər xəbərlər