Əfqanıstanda Pakistandan qovulan əfqanlar üçün 5 min çadır quraşdırılır

10:35 03.07.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Ədqanıstanın Pakistanla sərhədyanı bölgəsində yerləşən Torxam qəsəbəsi ətrafındakı Omari düşərgəsinin rəhbəri Məhəmməd Haşim Maivandval deyib ki, Pakistandan məcburi şəkildə geri qaytarılan əfqan vətəndaşların qəbulu üçün tam hazırlıq görülür.

Hafta.az-ın yazdığına görə, rəsmilər bildirib ki, ehtiyac yaranarsa, digər əsas obyektlərlə yanaşı, geri qayıdanlar üçün düşərgədə 5 minə qədər çadır qurulacaq.

Torxamdakı miqrantların daşınması şöbəsinin rəhbəri Baxt Camal Qohar TOLOnews-a deyib: "Çərşənbə axşamına olan məlumata görə, miqrantların geri qayıtması normal şəkildə davam edir və biz heç bir problemlə üzləşməmişik. Geri qayıdanlar üçün bütün lazımi xidmətlər burada mövcuddur".

Bu arada, yaxın vaxtlarda Pakistandan qovulmuş bir neçə geri dönən bu ölkədəki əfqan miqrantların vəziyyətini narahatedici adlandırıblar.

Pakistandan deportasiya edilən Səda Gül TOLOnews-a deyib: "Paltar da daxil olmaqla, bütün əşyalarımız geridə qaldı. Borcum var idi, bəlkə də 600 min (3600 manat) və ya 700 min rupi (4200 manat), ödənilməmiş qalıb. Bizə dərhal getməyimizi söylədilər".

Digər geri dönənlər isə Pakistan polisi tərəfindən heç bir dəstək verilmədən deportasiya olunduqlarını və əliboş geri qayıtdıqlarını bildirərək, müvəqqəti hökuməti və yardım təşkilatlarını hərtərəfli yardım göstərməyə çağırıblar.

Başqa bir deportasiya olunmuş Kərimullah isə deyib ki, Əfqanıstana qayıtsalar da, yaşamağa yerləri yoxdur. Hara gedəcəklərini bilmirlər. Ona görə də evsizlərə torpaq ayrılmalıdır.

Bir neçə gün əvvəl BMT QAK-ın Əfqanıstan üzrə nümayəndəsi bildirib ki, əfqan miqrantların məcburi deportasiyasını dayandırmaq üçün həm İran, həm də Pakistanla müzakirələr davam edir. O vurğulayıb ki, qaytarılmalar könüllü, ləyaqətlə və hörmətlə həyata keçirilməlidir.