Əfv Sərəncamının icrasına BAŞLANILDI

09:00 28.05.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Prezident İlham Əliyevin mayın 27-də imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncamın icrasına başlanılıb.

 

Hafta.az-ın məlumatına görə, Sərəncam ümumilikdə 213 nəfərə şamil olunub.

 

Sərəncam ümumilikdə 213 nəfərə şamil olunub. 167 şəxs azadlıqdan məhrumetmə növündə cəzanın çəkilməmiş hissəsindən azad olunub, 1 şəxs ömürlük azadlıqdan məhrumetmə cəzasından azad olunub, 36 şəxsin azadlıqdan məhrumetmə növündə cəzanın çəkilməmiş hissəsi yarıyadək endirilib. 3 şəxs şərti məhkum etmədən azad olunub. Bundan başqa, 6 şəxs azadlığın məhdudlaşdırılması növündə cəzadan azad olunub.

 

Həmçinin, əfv olunmuş 213 nəfərdən biri Özbəkistan, biri İran, biri də Türkiyə vətəndaş olmaqla 3-ü əcnəbi, 3-ü jurnalist və bloqer, 3-ü siyasi partiya üzvü, 20-si isə 2018-ci il iyulun 10-da Gəncə şəhərində kütləvi iğtişaşlarda iştirak edən şəxslərdir.

 

Qeyd edək ki, 1995-ci ildən bu günə kimi əfvetmə ilə bağlı 68 fərman və sərəncam imzalanıb, 8 987 məhkum əfv olunub. Bu sərəncamlardan 36-sı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən imzalanıb və həmin aktlar 5 885 nəfərə şamil olunub.

Oxunma sayı 134