Əgər proses bu qədər uzanırsa, burada iqtisadi deyil, siyasi faktorlar var – İlham Şaban

16:59 21.01.2022 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Bu vəziyyətdə təbii ki, Azərbaycanın da itkisi var. Bolqarıstan hazırkı imkanlar çərçivəsində ötən il 320 milyon kubmetr qaz idxal edib. Bu il ən yaxşı halda, əgər boru kəməri istifadəyə verilərsə 500-600 kubmetr qaz idxal edə bilər. Çünki Yunanıstan tərəfi deyib ki, 2022-ci ilin iyulun 1-nə qədər tikinti yubanır.

Bu fikirləri hafta.az-a açıqlamasında Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban deyib:

“Bu Yunanıstan ərazisindən TAP-dan Bolqarıstana gedən 120 kilometrlik bir boru kəməridir. Bunun da tenderi keçiriləndə konsolsium şəklində deyil, Yunanıstan şirkəti onun qalibi olub. Vəindi belə iddialar da var ki, Yunanıstan hətta Rusiya ilə əlbir olub boru kəmərinin tikintisini məqsədli formada yubadırlar. Məsələn, 2018-ci ilin dördüncü rübünə hesablanmışdı ki, Trans-Adriatik Boru Kəməri Layihəsi (TAP) istismara verilsin. Ancaq real olaraq bu kəmər istismara 2020-ci ilin noyabrın 15-də hazır oldu. Yəni, bu kəmərin istismara verilməsi 2 il gecikdi. Bu məsələdə də Yunanıstan tərəfi deyir ki, pandemiya olduğundan işləməyə işçi qüvvəsi yoxdur. Guya bu şəraitdə insanlara işləməyə məcbur edə bilməz. Və 2019-cu ildən tikintisi başlayan boru kəməri hələ də istismara verilmir. Halbuki onun tikintisini maksimum 6 aya yekunlaşdırmaq olar. Əgər proses bu qədər uzanırsa, gün kimi aydındır ki, burada iqtisadi deyil, siyasi faktorlar var. Buna Azərbaycan müdaxilə edə bilməz və prosesin yubanmasına görə də heç bir məsuliyyət daşımırıq. Çünki müqavilə Azərbaycan dövləti ilə deyil, Şahdəniz konsorsiumu və qazın alıcısı arasında imzalanıb. Yəni, məhkəməyə gedilərsə və məhkəmənin qərarı ilə təzminat ödəmək məsələsi ortaya çıxarsa, bu iki qurum arasında olacaq. Yəni, Şahdəniz konsorsiumu və "Bulgargaz" arasında. Bu məsələnin Azərbaycan dövlətinə heç bir aidiyyəti yoxdur”.

Oxunma sayı 117
Gündəm rubrikasından digər xəbərlər