Əlahiddə Ümumqoşun Orduda gənc əsgərlər Vətənə sədaqət andı içiblər

20:35 06.06.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Əlahiddə Ümumqoşun Orduda gənc əsgərlər Vətənə sədaqət andı içiblər.

Ordunun mətbuat xidmətindən hafta.az-a bildirilib ki, andiçmə mərasimində Azərbaycan Respublikasının dövlət himni səsləndirildikdən sonra gənc əsgərlər hərbi andı qəbul ediblər.

Mərasimdə çıxış edənlər gənc əsgərləri təbrik ediblər. Əsgərlər Vətənə sadiq olacaqlarına söz veriblər.

Çıxışların ardından general-mayor Teymur Eyyubov Əlahiddə Ümumqoşun Ordu Komandanı, general-leytenant Kərəm Mustafayevin təbrikini şəxsi heyətə çatdırıb. Bildirilib ki, Vətənin bacarıqlı müdafiəçisi olmaq üçün hər bir əsgər hərbi andın tələblərini şüurlu şəkildə yerinə yetirməli, intizamlı, vicdanlı və cəsarətli olmalı, ona həvalə edilmiş silah və texnikanı dərindən öyrənməli, Vətən qarşısında öz hərbi andı ilə öhdəsinə götürdüyü əsgəri borcunu ləyaqətlə yerinə yetirməlidir.

Tədbir şəxsi heyətin təntənəli keçidi ilə başa çatıb.

Oxunma sayı 2028
Siyasət rubrikasından digər xəbərlər