Eldar Əzizov direktoru işdən çıxardı

13:00 19.11.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakı Şəhər İcra Hakimiyyətində kadr dəyişiklikləri olub.

Hafta.az “Oxu.az”a istinadən xəbər verir ki, BŞİH-in başçısı Eldar Əzizovun əmrinə əsasən, “Bakı Şəhər İşığı” Elektrik Şəbəkə Müəssisəsinin direktoru Təyyar Abdullayev vəzifəsindən azad edilib.

İcra başçısının digər əmri ilə onun yerinə Eldar Eldarov gətirilib.