Elektron tablolarda sosial çağırışlar yayımlanacaq - VİDEO

11:10 24.05.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Nəqliyyatı intellektual idarəetmə layihəsi çərçivəsində Bakı şəhərinin əsas küçə və prospektlərində quraşdırılmış elektron informasiya tablolarının idarəolunması üçün istifadə edilən proqram təminatı və texniki avadanlıqlarda 2019-cu ildə yaranmış problemlərlə əlaqədar nəqliyyat axınını ifadə edən qrafik sxemlərin yayımı dayandırılıb.

 

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) hafta.az-a bildirilib ki, hazırda intellektual sistemin təkmilləşdirilməsi, o cümlədən texniki nasazlıqların aradan qaldırılması istiqamətində müvafiq işlər görülür:

 

"Bu müddət ərzində isə sürücülərin maarifləndirilməsi məqsədilə elektron tablolarda yol hərəkəti təhlükəsizliyinin təbliğinə dair müxtəlif qrafik təsvirlərin (sosial çağırışların piktoqram vasitəsilə) yayımlanması nəzərdə tutulur".

Oxunma sayı 161