Əli Əhmədov Belçika səfiri ilə görüşüb

15:15 13.10.2011
Yazını böyüt
Yazını kiçilt
Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, millət vəkili Əli Əhmədov partiyanın mənzil-qərargahında Belçikanın Azərbaycandakı səfiri Lük Truyenslə görüşüb. Belçika səfirliyindən verilən xəbərə görə, Ə.Əhmədov görüşdə YAP-ın yaranma tarixi, keçdiyi inkişaf yolu və Azərbaycanın ictimai-siyasi həyatındakı mövqeyi barədə səfirə ətraflı məlumat verib. Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Oxunma sayı 256