“Əli Kərimli dünyada Azərbaycanın mənfi imicini formalaşdırmağa çalışır" – Nəsib Məhəməliyev

15:49 22.10.2019 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

“Bu qanunsuzluqların qarşısı qəti şəkildə alınmalıdır. Polisin hərəkətlərini mən tam qanuni hesab edirəm. Əgər 200-300 adam polisin qanuni hərəkətlərini tənqid edirsə, amma polis onların qarşısını almasaydı, milyonlarla insan polisi günahlandıracaqdı. Qanun pozuntusu ilə müşaiyət olunan istənilən hərəkəti qətiyyətlə qınayıram".

Bunu hafta.az-a açıqlamasında millət vəkili Nəsib Məhəməliyev deyib. Millət vəkili xatırladıb ki, Milli Şura birinci dəfə oktyabrın 8-də bakı Şəhər İcra Hakimiyyətinin qarşısında piket keçirdi. O razılaşdırılmışdı. 50 nəfərdən ibarət piket keçirilməli idi: “Təssüf ki, onlar orada da süi-istifadə hallarına yol verdilər. 50-dən daha çox insanı mitinqə cəlb etməyə cəhd göstərdilər. Əsas intensiv hərəkət olan Bakı şəhərinin mərkəzi hissəsində - Prezident Adminstrasiyasının, Bakı Şəhər İcra Hakimiyyətinin, 132-134 saylı məktəblərin yerləşdiyi ərazidə qanunsuz piket keçirməyə cəhd göstərdilər. Ancaq bu alınmadı. Polisin hərəkətləri də tam qanunauyğun şəkildə idi. İnsanlar da bunu gördülər. Ancaq bundan sonra sosial şəbəkələrdə 19 oktyabr tarixinə qədər  ayrı –ayrı insanların ictimai sabitliyi pozacaq hərəkətlərə yol verməsinə çağırışlar edildi. İstər siyasi partiya, istərsə də digər insanlar olsun, fərq etməz, bunun qarşısı hakimiyyət tərəfindən qəti şəkildə alınmalıdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, ikinci dəfə bu insanlar “28 May” meydanında aksiya keçirməyə cəhd etdilər. Sanki bununla xaricdəki havadarlarına mesaj verirdilər. Sanki hesabat verirdilər ki, biz bu qarşıdurmanı yaradacağıq. Sual olunur, burada nə məqsəd güdürsən. Yəni, sənin üçün hər cür şərait yaradılıb. Lökbatanda qanuni mitinq keçirmək üçün yer ayrılıb. İndi burada 100-200 adam qanunsuz tədbirdə, aksiyada iştirak etdisə, həmin aksiyada bəlkə də  1000-2000 adam  iştirak edə bilərdi. Ancaq sən məqsədli şəkildə hakimiyyəti təxribata çəkirsən. Dünyada Azərbaycanın mənfi imicini formalaşdırmağa çalışırsan. Bu qanunsuzluqların qarşısı qəti şəkildə alınmalıdır. Polisin hərəkətlərini mən tam qanuni hesab edirəm”.

Siyasət rubrikasından digər xəbərlər