Əli Kərimlinin hospitalda müayinəsi zamanı səhhətində problem aşkarlanmayıb - Hospitalın rəisi

13:45 20.10.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

DİN-in Arif Heydərov adına Respublika Hospitalının rəisi İsbi Babaxanov bildirib ki, Əli Kərimli hospitalda bütün müayinələrdən keçdikdən sonra evə buraxılıb.

Bu barədə hafta.az-a nazirlikdən məlumat verilib.

DİN Hospitalının rəisi deyib ki, 19 oktyabr tarixində 1965-ci il təvəllüdlü Kərimli Əli Əmirhüseyn oğlu polis əməkdaşlarının tövsiyəsi ilə hospitalda tibbi müayinələrdən keçib:

"Onun sol alın nahiyəsində yüngül dəri cızıqları müşahidə edilib. Vətəndaş Kərimli hospitalda baş beyin kompüter tomoqrafiyası, abdominal və torakal kompüter tomoqrafiyası, rentgenoqrafiya müayinələri və qarın boşluğunun ultrasəs müayinələrindən keçib. Heç bir patoloji hal aşkar edilməyib. Buna görə də xəstə evə buraxılmış və müayinə protokolları ona təqdim olunub. O, hospitala gələrkən, müayinələrdən keçərkən xərəkdən istifadəyə və kənar şəxslərin ona köməkliyinə ehtiyac olmamışdır. O, bütün müayinə kabinetlərini öz ayağı ilə gəzərək keçmişdir".

Siyasət rubrikasından digər xəbərlər