Əlil şəxslərin işlə təmin olunması müzakirə edilib 

15:10 21.01.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyində Azərbaycan Milli Abilimpiya Federasiyasının nümayəndələri ilə görüş olub.

Agentliyin sədr müavini Cəmaləddin Quliyev əlilliyi olan şəxslərin peşə bacarıqlarının inkişaf etdirilməsi, onların məşğulluq imkanlarının artırılması istiqamətində görülən işləri diqqətə çatdırıb. Qeyd edib ki, Agentlik tərəfindən 2021-ci ildə 1348 nəfər əlilliyi olan şəxs özünüməşğulluq proqramına cəlb edilib, 2850 əlilliyi olan şəxs isə münasib işlərlə təmin edilib.

Görüşdə abilimpiya hərəkatının əlilliyi olan şəxslərin peşə bacarıqlarını inkişafında, əlilliyi olan insanların əmək reabilitasiyası və peşə ixtisaslarına, məşğulluq imkanlarına yiyələnmələrinin dəstəklənməsində önəmi qeyd edilib. Bu kateqoriyadan olan şəxslərin məşğulluq tədbirlərinə cəlb olunması, fəaliyyətlərinin dəstəklənməsi və inkişaf etdirilməsi istiqamətində birgə əməkdaşlıq məsələləri müzakirə edilib.

Oxunma sayı 77