Elin Süleymanov britaniyalı nazirlə görüşüb

22:15 14.01.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov Böyük Britaniyanın Avropa və Şimali Amerika üzrə dövlət naziri Stiven Douhti ilə görüşüb.

Hafta.az xəbər verir ki, görüşdə Azərbaycan-Böyük Britaniya arasında güclü tərəfdaşlıq, eləcə də daha geniş regional proseslər müzakirə edilib.

Səfir Elin Süleymanov Böyük Britaniyanın COP29-un uğurla keçirilməsinə verdiyi dəstək və mühüm töhfələrinə görə minnətdarlığını ifadə edib.