Elmi adları olan yaşlı müəllimlər üçün meyarlar hazırlanır

15:15 13.10.2011
Yazını böyüt
Yazını kiçilt
“Azərbaycanın orta məktəblərində elmi dərəcəyə və fəxri adlara malik olan, yaşı 70-dən yuxarı müəllimlərin fəaliyyətini davam etdirməsi üçün meyarlar hazırlanır“. Bunu Təhsil Nazirliyinin Strateji təhsil və kadrların idarə olunması şöbəsinin müdiri Fərzəli Qədirov bildirib. Onun sözlərinə görə, nazirlik bu təklifləri hazırlayaraq Nazirlər Kabinetinə təqdim edib: “Hazırda Nazirlər Kabinetində məsələyə baxılır və bu barədə qərar veriləcək“.
Nigar
Oxunma sayı 38