Elmira Süleymanova yeni işindən danışdı: “Əhvalım da yaxşıdır”

17:04 10.12.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın İnsan Hüquqları üzrə ilk Müvəkkili olmuş (sabiq Ombudsman) Elmira Süleymanova Milli Elmlər Akademiyasında (AMEA) tam ştatla işə götürülüb.

Hafta.az xəbər verir ki, Yeni işi barədə modern.az-a danışan Elmira Süleymanova əslində AMEA-da uzun illərdir ki, çalışdığını deyib:


“AMEA-nın akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda  1950-ci ildən çalışıram. Sadəcə olaraq  baş elmi işçi vəzifəsində  yarımştat kimi işləmişəm, indi isə tam ştata keçmişəm”.

İlk müvəkkil əhvalının yaxşı olduğunu da qeyd edib:

“AMEA mənə yad yer deyil. İşimi burda davam etdirəcəm Hər şey qaydasındadır. Mənimlə maraqlanan hər kəsə minnətdarlığımı bildirirəm”.

E.Süleymanova 17 iyul 1937-ci ildə Bakı şəhərində anadan olub. 1959-cu ildən AMEA-nın akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda fəaliyyət göstərib, laborant, kiçik elmi işçi, böyük elmi işçi, laboratoriya müdiri vəzifələrində çalışıb. 1967-ci ildə kimya elmləri namizədi, 1980-ci ildə elmlər doktoru elmi dərəcələri alıb, 1982-ci ildə isə professor seçilib.

 1997-ci ildən Nyu-York Elmlər Akademiyasının üzvüdür. Neft-kimya sintezi və incə üzvi sintez üzrə mütəxəssisdir. 200-dən çox elmi əsərin, 40 ixtiranın müəllifidir.

E.Süleymanova 2002-2019-cu illərdə Azərbaycanın Ombudsmanı olub.

Oxunma sayı 40
Gündəm rubrikasından digər xəbərlər